Yüklənir...
Yüklənir...
Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.
kinometraj@gmail.com(1910 - 1978)
REJİSSOR
AKTYOR
Adil Rza bəy oğlu İsgəndərov (Ədil İsgəndərov) Gəncədə bəy ailəsində anadan olub. Uşaq yaşlarından teatra maraq göstərib, dram dərnəklərində iştirak edib. Cəfər Cabbarlının təşəbbüsü ilə Teatr Texnikumunda təhsil alıb (1931). A.Lunaçarski adına Moskva Dövlət Teatr İncəsənəti İnstitutuna qəbul olunub. Moskvada oxuya-oxuya eyni zamanda Vaxtanqov adına teatrda işləyib. 1936-cı ildə Bakıya qayıdan 26 yaşlı Adil İsgəndərov Azərbaycan Dövlət Akademik Dram Teatrına baş rejissor təyin olunub. Çox keçmədən bədii rəhbər təyin olunur və bir-birinin ardınca “Vaqif”, “Həyat”, “Fərhad və Şirin”, “Xanlar”, “Od gəlini” kimi tamaşalar səhnələşdirib. Adil İsgəndərov 1 il Moskvada kinorejissorluq kursuna gedir. Bakıya qayıdandan sonra kinostudiyada bədii rəhbər vəzifəsi yaradılır və Adil İsgəndərov bu vəzifəni icra etməyə başlayır. 1966-1974-cü illərdə kinostudiyanın direktoru olub. Adil İsgəndərov Rusiya istehsalı olan “Torpağın qanı” (1931, rejissor Mixail Averbax, Lensoyuzkino) və Türkiyə-Rusiya müştərək istehsalı olan “Məhəbbətim mənim, kədərim mənim” (1978, rejissor Əjdər İbrahimov) filmlərində çəkilib. Əməkdar incəsənət xadimi (1938), Azərbaycan xalq artisti (1943), Zaqafqaziyanın ilk SSRİ xalq artisti (1959), SSRİ Dövlət Mükafatı (1948) laureatı Adil İsgəndərov II Fəxri Xiyabanda dəfn edilib.